Biznesinizi qanuni tələblərə tam uyğun qurun və idarə edin. VÖEN açılması, bərpası, dondurulması, rüblük vergi bəyannamələrinin göndərilməsi və internet bankinq əməliyyatları peşəkar vergi məsləhətçilərimiz tərəfindən operativ həyata keçirilir.
Dövlət Vergi Xidmətinin standartlarına uyğun peşəkar hüquqi, vergi və mühasibat dəstəyi.
Asan İmza və ya FİN kod ilə qısa müddətdə rəsmi fərdi sahibkarlıq VÖEN-in onlayn açılması və vergi rejiminə uyğunlaşdırılması.
Məhdud Məsuliyyətli Cəmiyyətin onlayn dövlət qeydiyyatı, nizamnamənin hazırlanması və reyestrdən çıxarışın alınması.
Biznes sahəniz dəyişdikdə və ya yeni fəaliyyət növləri əlavə etmək istədikdə İFNT kodlarının vergi sistemində operativ yenilənməsi.
Fəaliyyət göstərmədiyiniz müddətdə hesabat cərimələri və minimum DSMF borclarının qarşısını almaq üçün rəsmi dondurma.
Müvəqqəti dayandırılmış fərdi sahibkarlıq və ya MMC fəaliyyətinin yenidən qanuni əsaslarla tam bərpası və aktivləşdirilməsi.
Sadələşdirilmiş, Gəlir, Mənfəət, ƏDV, ÖMV, DSMF və İcbari Tibbi Sığorta hesabatlarının vaxtında və dəqiq tərtibi və təqdimi.
Bank hesabının açılması, biznes kart sifarişi, vergi və gömrük ödənişlərinin icrası, köçürmələr və çıxarışların tərtibi.
Dövlət Vergi Xidmətindən daxil olan bildiriş, məktub və kameral yoxlama tələblərinə qanuni, əsaslandırılmış cavabların verilməsi.
Şəxsi hesab vərəqəsinin (ŞHV) təftişi, borcların silinməsi/tənzimlənməsi, artıq ödənilmiş vergilərin geri qaytarılması.
Aşağıdakı 4 sadə addımı tamamlayaraq müraciətinizi rəsmi qeydiyyata göndərin. Mütəxəssisimiz ən qısa zamanda əlaqə saxlayacaqdır.
Elektron müraciət forması
* Qeyd: Məşğul olacağınız sahəni (ticarət, xidmət, İT, kuryer, tikinti və s.) qeyd edin ki, mütəxəssisimiz ən uyğun vergi və İFNT kodunu müəyyən etsin.
Əgər təkbaşına fəaliyyət göstərirsinizsə, Fərdi Sahibkar; bir neçə tərəfdaş və ya hüquqi şirkət kimi başlayırsınızsa, MMC tövsiyə olunur.
Xidmət ödənişlidir. Müvafiq sənədlərin mövcudluğuna görə xidmət haqqı dəyişir.
Müraciətiniz dövlət orqanlarının elektron portallarında addım-addım icra olunur.
Saytdan formu doldurur və ya WhatsApp/zəng vasitəsilə müraciət edirsiniz.
Əməkdaşımız 10 dəqiqə ərzində əlaqə saxlayaraq fəaliyyətinizə uyğun optimal vergi növünü seçir.
İnternet Vergi İdarəsi (e-taxes.gov.az) və Reyestrdə bütün hüquqi prosedurlar icra olunur.
VÖEN şəhadətnaməsi, Asan İmza və bank sənədləriniz tam hazır şəkildə sizə təqdim edilir.
VÖEN, MMC və vergi qeydiyyatı ilə bağlı ən çox verilən sualların cavabları.